Mənə bircə kəlmə can söyləsəydin
O bircə kəlmənə min can verərdim
Ömrünü, gününü dərd eyləsəydin
Ömrümü, günümü dərman verərdim.
Bezdirdim mən səni sədaqətimlə
Qaldım həsrətinlə, müsibətinlə
Könlümü alsaydın bu zülmətinlə
Sənə bir günəşli cahan verərdim.
Nəqarət
O çağlar necə də mənə haydılar
Könlümə, gözümə şəfəq yaydılar
Keçən günlərimi qaytaraydılar
Gələn günlərimi qurban verərdim.
Elə ayrıldıq ki, səninlə ey gül
Bir də ayrılıqdan ayrı düşmərik
Ah, bu son hicranın vüsalı müşkül
Dağ dağa rast gələr, biz görüşmərik.
Keçən Günlərimi Kaytaraydılar Sözleri, AkorMerkezi.com'da yayınlanmıştır.
http://www.akormerkezi.com
İçerik Kısa Linki:
Beğendiniz mi? Keçən Günlərimi Kaytaraydılar Sözleri sayfasını Şimdi paylaşın: